Dünyanın ən yaşlı vəhşi quşu 74 yaşında yumurta qoyub

Dünyanın ən yaşlı vəhşi quşu 74 yaşında yumurta qoyub backend

Dünyanın ən yaşlı çöl quşu 74 yaşında yumurta qoyub.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Star” yazıb.

Elm adamlarını təəccübləndirən hadisə bu həftə Sakit Okeandakı “Midway” milli vəhşi təbiət qoruğunda qeydə alınıb. 74 yaşlı tünd mantiyalı albatros Uizdom yumurta qoyub. Bu quş uzunömürlülüyü ilə məşhurlaşıb və hələ 1956-cı ildə mütəxəssislər tərəfindən etiketlənib.

Həyatı boyu o, 30-dan çox bala çıxarıb, 50-60 yumurta qoydub. Qeyd edilib ki, bu quşun növlərinin nümayəndələri adətən 12 ildən 40 ilə qədər yaşayır.

ABŞ-nin Balıq və Vəhşi Təbiət Xidməti sosial şəbəkələrində şad xəbəri paylaşaraq, Uizdomun ailəsini davam etdirmək üçün həyati enerji və instinktlərlə dolu olduğunu qeyd edib.

QAZİLER.AZ

Diaspora