Çaya düşən sahibini 4 gün buzun üstündə gözlədi: Sədaqətli itin hekayəsi - VİDEO

Çaya düşən sahibini 4 gün buzun üstündə gözlədi: Sədaqətli itin hekayəsi - VİDEO backend

Rusiyada sədaqətli itin hekayəsi mediada geniş yayılıb.

Qaziler.az bildirir ki, "Tengri Life" bu barədə daha ətraflı yazıb.

Karaidel rayonundakı Ufa çayında ev heyvanı dörd gün ərzində sahibinin buzun altına düşdüyü yeri tərk etməyib.

“4 gün əvvəl Başqırdıstanın Karaidel kəndində 59 yaşlı kişi velosipedlə nazik buz üzərində çayı keçmək istəyərkən buz qırılıb və o suya düşüb Hadisə şahidləri onu çıxarmağa çalışsalar da, xilasedicilərdən biri də buzun altına düşüb. Onu çıxara biliblər və dərhal xəstəxanaya çatdırıblar", - Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Təəssüf ki, itin sahibi boğularaq ölüb.

Daily Mail bildirir ki, mərhumun yaxınları Belkanı bir neçə dəfə evə aparsalar da, o, sahibinin yıxıldığını yerə qayıdıb. Sədaqətli heyvanının videosu sosial şəbəkələrdə yayılıb.

Video milyon dəfədən çox izlənilib. Videonun altında onlarla şərh var, bəzi istifadəçilər itin əsl dost olduğunu yazıb.

Daha sonra yerli media xəbər verib ki, mərhumun qohumları Belkanı yalnız cəsədin çayın dibindən qaldırıldığını görəndən sonra buzun üstündən ayırıb evə apara biliblər.

QAZİLER.AZ

Diaspora