Çində xəstə it, sahibinin ölümündən sonra, evsiz heyvanlara yardım mərkəzinin işçisi onu tapana qədər iki il ərzində onun qəbrinin üstünə gedib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə noyabrın 18-də "South China Morning Post" (SCMP) məlumat yayıb.
Heyvanların xilasetmə mərkəzinin sahibi iti Çinin şərqindəki Tszyansi əyalətində tapıb. Onun dərisinin ciddi problemi və pəncəsinin zədələndiyi məlum olub.
Adam heyvana Çincə "sadiq körpə" mənasını verən "Cunbao" adını verib. Müalicənin başlamasından dörd ay sonra it tamamilə sağalıb.
İti tapan şəxs verdiyi sözü tutub və Cunbaonu dəfələrlə əvvəlki sahibinin məzarına aparıb.
QAZİLER.AZ