Amerikalı komediya ustası Konan O'Brayen 97-ci Oskar mükafatlandırma mərasiminin aparıcısı olacaq.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
Aktyor özü Amerika Kino Akademiyasının “X” sosial şəbəkəsindəki hesabında, tədbirin martın 2-də keçiriləcəyini qeyd edib.
Mərasimin icraçı direktoru Bill Kramer hesab edir ki, O'Brayen tamaşaçılarla əlaqə yaratmaq qabiliyyətinə görə aparıcı rolu üçün idealdır.
“Martın 2-də “Oskar”ın aparıcılığını edəcəyəm”, - komediyaçı bildirib.
O'Brayen 20 ildir ki, "The Tonight Show with Conan O'Brien", "Conan" və "Late Night with Conan O'Brien" kimi məşhur gecə şoularının aparıcısı olub. Komediyaçı bir neçə dəfə “Emmi” mükafatı qazanıb, eyni zamanda ssenarist və prodüser kimi fəaliyyət göstərir.
QAZİLER.AZ