İsveçdə klassik BMW avtomobillərinin salonuna soxulan maral iki bahalı avtomobili sıradan çıxarıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Motor1.com” görüntülü məlumat yayıb.
Qeyd olunur ki, hadisə köhnə avtomobillərin satışı ilə məşğul olan şirkətin baş direktoru Viktor Orteqrenin salon anbarına getdiyi zaman baş verib. Orada olarkən, o, avtosalona girən bir maralın ön ayaqları ilə təzəcə bərpa edilmiş “BMW 850i”ni əzməyə başladığını görüb. Heyvan maşının kapotunu zədələyib, həmçinin ön paneldə dəlik açıb. Bundan əlavə, daha bir avtomobilə də ziyan vurub.
Ən maraqlı tərəfi isə maral iki köhnə BMW avtomobilini əzdikdən sonra sakitcə çölə çıxıb və asta addımlarla meşəyə doğru gedib. Salon direktoru isə baş verənlərdən əsəbiləşsə də, heç kimin zərər görmədiyinə sevinib. Avtosalonun sahibi hətta videonun sonunda A sinfinə aid olan avtomobillərin bu yolla sınaqdan keçirilməsini zarafatla məsləhət bilib.
QAZİLER.AZ