“Candy Crush” oyunu 5,9 milyard dollara satıldı

“Candy Crush” oyunu 5,9 milyard dollara satıldı backend

“Call of Duty”, “Quake” və “Warcraft” kimi tanınmış oyunların franşizasına sahib ABŞ-ın “Activision Blizzard Inc.” şirkəti mobil oyunlar bazarında təsirini genişləndirir.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, bu günlərdə “Blizzard” şirkətinin mobil avadanlıqlar üçün tanınmış “Candy Crush” oyununu İrlandiyanın “King Digital Entertainment” holdinqinin satın aldığı məlum olub.

İrlandiya şirkətinin hər səhmi “Blizzard”a bazar günün hərracların bağlandığı qiymətdən 16 dollar baha başa gəlib. Razılaşmanın dəyəri 5 milyard 900 milyon dollara başa gəlib. Razılaşma əldə olunandan sonra “King” şirkətin törəmə şirkət qismində çalışacaq və bütün idarəedici heyəti saxlayacaq.

“King” şirkətinin tərtibatçıları 200-dən artıq mobil əlavə istehsal edib. Onların arasında isə ən populyarı “Candy Crush” hesab edilir. iOS və “Android” əməliyyat sistemlərində işləyən oyunun əsas gəliri oyun daxilində edilən alış-verişlərdir.

2014-cü ildən “Candy Crush” oyunu oynayanların sayı 11,86 milyondan 8,6 milyona qədər azalıb. Bu da şirkətin 2014-cü ilin birinci rübündə gəlirlərini 2013-cü ilin analoji dövrü ilə müqayisədə 641 milyon dollardan 604 milyon dollara qədər azaldıb.
Diaspora