Rusiya dünyada siçovul beyninin süni intellektə qoşulduğu ilk ölkə oldu

Rusiya dünyada siçovul beyninin süni intellektə qoşulduğu  ilk ölkə oldu backend

“Neiry” biotexnologiya laboratoriyasının rusiyalı alimlər qrupu dünyada ilk dəfə olaraq siçovulların beynini uğurla süni intellektə birləşdirib.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Qeyd olunub ki, gəmiricilər kompüter interfeysi vasitəsilə “istənilən” suallara cavab verə biliblər.

“Rusiyanın “Neiry” biotexnoloji laboratoriyası Moskva Dövlət Universitetinin alimləri ilə birlikdə unikal eksperimentin ilk nəticələrini təqdim edib - dünyada ilk dəfə olaraq alimlər və tərtibatçılar siçovulların beynini süni intellektə (AI) qoşublar”, - məlumatda qeyd olunub.

Aydınlaşdırılır ki, laboratoriya siçovulu Pifiya “bəli” və ya “yox” seçməklə suallara cavab vermək imkanı əldə edib. Düzgün cavab verdikdə, o, beyin resurslarını aktivləşdirməyə təkan verən mükafat alıb. Nəticədə, onun yüzlərlə elmi suala düzgün cavab verə bildiyi iddia edilib. Tədqiqatda iştirak edən alimlərin fikrincə, oxşar əməliyyat prinsipi gələcəkdə müvafiq implantları olan insan tərəfindən mənimsənilə biləcək.

QAZİLER.AZ

Diaspora