Dünyada nə qədər meşə insan köməyi olmadan böyüyə bilər? - Araşdırma

Dünyada nə qədər meşə insan köməyi olmadan böyüyə bilər? - Araşdırma backend

Avstraliya və ABŞ-dən olan beynəlxalq alimlər qrupu təbii meşələrin bərpası üçün qlobal potensialı qiymətləndirib. Məlum olub ki, insan müdaxiləsi olmasa, ağaclar təbii olaraq Meksikadan daha böyük əraziləri əhatə edə bilər.

Qaziler.az xəbər verir ki, araşdırma "Nature" elmi jurnalında dərc olunub.

Hesablamalara görə, bəşəriyyət meşələri dinc qoysa, onların sahəsi 215 milyon hektar artacaq.

Meşə sahələrinin təbii bərpası üçün ən uyğun yerlər Cənub-Şərqi Asiya, Malayziya və ümumi sahəsi 98 milyon hektar olan Hindistanın bir çox əraziləri olub.

Cənub-Şərqi Asiya, Malayziya və Hindistanda meşələri 90 milyon hektar, Afrika qitəsində isə 25,5 milyon hektara qədər bərpa etmək olar.

Alimlər qeyd ediblər ki, təbii yolla meşələrin bərpasının 52%-ə qədəri yalnız beş ölkədə baş verə bilər: Braziliya, İndoneziya, Çin, Kolumbiya və Meksikada.

Ən azı 1 milyon hektarlıq ərazidə yeni meşələrin böyüyə biləcəyi 29 ölkə də var.

QAZİLER.AZ

Diaspora