Kirpilər “Qırmızı kitab”a salındı - Ekoloq səbəbini açıqladı

Kirpilər “Qırmızı kitab”a salındı - Ekoloq səbəbini açıqladı backend

Adi kirpilər nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyinə görə Qırmızı Kitaba daxil ediliblər. Bu, Avropada aktiv kənd təsərrüfatı ilə bağlı ola bilər.

Qaziler.az xəbər verir ki, bu açıqlamanı Rusiyada ekologiya fondunun baş mütəxəssisi Pavel Voevodin “360.ru” saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu hal heyvanların populyasiyasına təsir edə bilər, lakin Rusiyada onların sayında azalma qeydə alınmayıb.

“Hətta Moskvada meşə parklarında, konkret olaraq, mən kirpi ilə son vaxtlar daha tez-tez rastlaşıram, həm də kifayət qədər müntəzəm olaraq... Belədə ki, ümumiyyətlə, bu barədə mütəxəssisdən ətraflı soruşmaq lazımdır, çünki bəlkə bir növü daha çox yayılır, digər nadir növü isə yox”, - ekspert izah edib.

Ekoloq qeyd edib ki, kirpi adətən meşələrdə yaşayır, lakin tez-tez kənar ərazilərə və çəmənliklərə gedir.

“Heyvanlarla görüşərkən onlara toxunmamaq daha yaxşıdır, çünki xəsarət ala və ya quduzluğa yoluxa bilərsiniz”, - Voevodin fikirlərinə əlavə edib.

Qeyd edək ki, kirpilərin Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edildiyi məlum olub. Son onillikdə onların sayının geniş spektrdə ən azı 30% azaldığı bildirilir.

QAZİLER.AZ

Diaspora