Avstraliyada qeyri-adi məxluq sahilə çıxaraq yerli sakinləri qorxuya salıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Qeyri-adi tapıntı Port Elliot yaxınlığındakı Horsşu Bay sahilində tapılıb. İtini gəzdirən qadının dediyi kimi, o, üç metrlik şəffaf gövdəyə rast gəlib və bir neçə foto çəkərək sosial şəbəkələrdə yayımlayıb.
Yerli sakinlər qəribə məxluqu “əriştə” ilə müqayisə edərək, gövdənin ucunda olan qabıqlara diqqət çəkiblər.
"Mən 26 ildən çoxdur ki, Horsşu körfəzi boyunca gəzirəm, amma bu vaxta kimi belə bir şey görməmişəm", - yerli sakin deyib.
Cənubi Avstraliya Universitetindən dəniz ekoloqu Dr.Zoe Doubledeyə görə, tapıntının dəniz palamutlarına aid olduğu üzə çıxıb.
QAZİLER.AZ