Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BRİCS sammitində ayağının tapdalanması ilə bağlı kardlar yayımlanıb.
Qaziler.az xəbər verir ki, sözügedən hadisənin kadrları “Zvezdanews” teleqram kanalında paylaşılıb.
Videodan görünür ki, xarici siyasət idarəsinin rəhbəri ayağı tapdalanarkən öz emosiyalarını saxlaya bilməyib. Onun kadrlara düşməsinə səbəb sammit zamanı Putinin arxasında oturması olub. Həmin vaxt Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan çıxış edirmiş.
Tədbir iştirakçılarından biri onun qarşısından keçərkən Lavrov tərpənib və nəsə deyib. Lakin Ərdoğanın nitqindən nəyin deyildiyi dəqiq eşidilməyib.
QAZİLER.AZ