“WhatsApp” ünsiyyəti asanlaşdırmaq üçün funksiya əlavə edib

“WhatsApp” ünsiyyəti asanlaşdırmaq üçün funksiya əlavə edib backend

WhatsApp indi istənilən cihazda kontaktlar əlavə etməyə imkan verir

WhatsApp messencerinə kontaktlarla ünsiyyəti asanlaşdıran yeni funksiya əlavə edilib.

Qaziler.az bildirir ki, bu barədə xidmətin rəsmi bloqunda deyilir.

Bildirilir ki, messencer indi istənilən cihazda kontaktlar əlavə etmək və onları idarə etmək imkanına malikdir. Əvvəllər bu funksiya yalnız mobil telefonlarda işləyirdi. Artıq “WhatsApp”ın veb versiyasından və ya proqramdan “Windows” əməliyyat sistemli kompüterdə istifadə edənlər yeni əlaqələr yarada biləcəklər.

Bundan əlavə, bildirilir ki, indi istifadəçilərin telefonlarında kontaktları saxlamağa ehtiyac yoxdur, onları yalnız WhatsApp-a əlavə etmək olar. Tətbiqə əlavə edilmiş kontaktlar hətta istifadəçi telefonu itirsə və ya başqa cihazda hesaba daxil olsa belə bərpa edilə bilər.

QAZİLER.AZ

Diaspora