Rusiyalı pilotlar Moskva səmasında UFO görüblər

Rusiyalı pilotlar Moskva səmasında  UFO görüblər backend

Oktyabrın 17-də “Airbus A320” təyyarəsinin pilotları Rusiya paytaxtı üzərində səmada naməlum obyektin uçuşunun şahidi olublar.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə “Aviaincident” teleqram kanalı məlumat yayıb.

Nəşr qeyd edib ki, təyyarə Moskvanın Şeremetyevo hava limanından Minskə uçurmuş.

Kanalın məlumatına görə, təxminən səkkiz kilometr hündürlükdəki havada günbəzi və ya qanadı xatırladan naməlum obyekt müşahidə edilib. Ön tərəfində sarı və qırmızı zolaqlar olub. Naməlum obyekt təyyarənin altında olduğu üçün insident uçuşa heç bir təsir göstərməyib.

QAZİLER.AZ

Diaspora