“Google Maps” ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirən Antarktidada sirli “qapı” aşkar edilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Sosial media istifadəçiləri Antarktidanın peyk görüntülərində insanlara “qapı yeri”ni xatırladan obyekt aşkar ediblər. O, Yaponiyanın Shova stansiyasının cənub-şərqində yerləşir və internetdə çoxlu müzakirələrə səbəb olub. Şərhçilər bunun “Bigfoot”un evi və ya “Star Trek”dən bir servis ola biləcəyi ilə bağlı nəzəriyyələrini irəli sürməyə başlayıblar.
Lakin alimlərin müəyyən etdiyi kimi, bu kəşfdə heç bir mistisizm yoxdur. Nyukasl Universitetinin qlasiologiya professoru Bethan Davis, təsvirdən əldə edilən məlumatları təhlil etdikdən sonra izah edib ki, bu, dayaz suda ilişib qalmış və hazırda əriməkdə olan bir aysberqdir.
"Mən əminəm ki, bu, sadəcə təbii bir hadisədir və narahat olmaq üçün heç bir şey yoxdur", - deyə universitet müəllimi qeyd edib.
QAZİLER.AZ