Çin 24 ildə ilk dəfə ABŞ-a iki panda göndərib

Çin 24 ildə ilk dəfə ABŞ-a iki panda göndərib backend

Çin 24 ildə ilk dəfə Vaşinqton zooparkına iki böyük panda bağışlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kişi cinsli Bao Li və qadın cinsli Qin Bao pandaları artıq Dujiangyangdakı tədqiqat mərkəzini tərk ediblər. Onlar ABŞ-nin paytaxtına “Panda Express” adlı xüsusi “Boeing 777” təyyarəsi ilə göndəriləcəklər. Təyyarədə pandalar üçün qarğıdalı çörəkləri, bambuk, kök, su və dərman hazırlanıb.

CNN-in qeyd etdiyi kimi, heyvanlar 24 ildə ilk dəfə Vaşinqtona göndərilib. 2023-cü ilin noyabr ayında Mey Syan, Tyan Tyan və balaları Syo Qiji vətənlərinə qayıtdıqdan sonra Vaşinqtondakı zooparkda bir dənə də olsun bambuk ayı qalmayıb.

Keçən noyabrda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Çin pandaları Amerika zooparklarına qaytarmaq qərarına gələrsə, Birləşmiş Ştatların şad olacağını bildirmişdi.

QAZİLER.AZ

Diaspora