Çində arxeoloqlar təxminən 5000 il yaşı olan məzar aşkar ediblər.
Qaziler.az bildirir ki, bu barədə “Sinxua” xəbər verir.
Agentliyin məlumatına görə, məzarın içərisində 350 qədim qalıq, o cümlədən yəşəm və saxsı qablar, sərvət simvolu olan donuzların alt çənələri və fil sümüyü kimi zərgərlik məmulatları olub.
Agentliyin məlumatına görə, tədqiqatçılar türbəni ölkənin mərkəzində yerləşən Henan əyalətində tapıblar ki, bu məzar neolit dövrünə aid Dawenkou arxeoloji mədəniyyətinə aiddir və təxminən 17 kvadratmetr ərazini əhatə edir. Məzarın qədim monarxa aid olduğu təxmin edilir.
QAZİLER.AZ