“Zvezda” telekanalı “Hərbi qəbul” proqramı zamanı 1955-ci il sentyabrın 21-də SSRİ-nin ilk sualtı nüvə sınağını əks etdirən kadrları nümayiş etdirib.
QAZÍLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu yaxınlarda məxfilikdən çıxarılmış fotoalbomdakı şəkillər Qara Körfəzdə, "Novaya Zemlya" poliqonunda baş verən partlayışdan sonrakı ilk millisaniyələri əks etdirir. 25-ci saniyədə bir top görünür, daha sonra genişlənir və suyun səthini köpükləyən bir şok dalğası meydana gətirir. 250 saniyədən sonra "göbələk" görünür, o da böyüyür və yuxarı qalxır.
Telekanal vurğulayıb ki, kadrlar partlayış yerindən 5 km yüksəklikdə uçan çəkiliş aparatı tərəfindən çəkilib.