Rusiyanın xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan Kremldə prezident danışıqlarını gözləyərkən cari kvadrober problemini müzakirə ediblər.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir. Söhbət zamanı kvadroberlərdən söhbət düşüb.
“Sizin kvadroberiniz var? Uşaqlar it kimi geyinirlər. Bu, ən vacib xəbərlərdən biridir. Onlar heyvan kimi gəzirlər", - Lavrov deyib
Mirzoyan rusiyalı nazirin sualını cavablandırarkən qeyd edib ki, o, bu subkulturanın nümayəndələri ilə qarşılaşıb, lakin bu fenomenin özü ona o qədər də tanış deyil. Ermənistan səfiri Qurgen Arsenyan əlavə edib ki, Avropada kvadroberlər özlərini “cins” kimi müəyyən etməyə başlayıblar.
Qeyd edək ki, lazın dilindən götürülən "kvadrober" sözünün mənası "quattuor" (dörd) və "aerobika" sözlərindən yaranıb. Heyvanları təqlid edən kvadroberlər dördayaq üstə qaçır, pişiklərin, tülkülərin, itlərin və digər heyvanların hərəkətlərini təqlid edir, ağaca tullanmaq və ya dırmaşmaq kimi müxtəlif fəndləri mükəmməlləşdirirlər. Maska və heyvan quyruğu taxmaq isə bir kvadroberin məcburi atributu deyil.
QAZİLER.AZ