“Apple Watch” “Viber” messencerini dəstəkləməyə başladı

“Apple Watch” “Viber” messencerini dəstəkləməyə başladı backend

Tanınmış “Viber” messencerinin komandası özünün iOS əməliyyat sistemi üçün əlavəsinin yeni versiyasının təqdimatını keçirib.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, tərtibatçılar bildirib ki, əsas yenilik “Apple Watch” smart-saatlarının dəstəklənməsi funksiyası və onlar üçün eksklüziv stikerlərin olmasıdır.

Viber” istifadəçiləri smartfonu cibdən çıxarmadan “Apple Watch” vasitəsilə həmsöhbətlərinin tam siyahısından yararlana, alınan bildirişlərə baxa və tez onlara cavab verə biləcəklər. Vaxta qənaət məqsədilə əvvəlcədən quraşdırılan bildirişlər siyahısından cavablar seçmək təklif olunur. Bura “Tezliklə olacağam”, “Bağışlayın, indi danışa bilmirəm”, “Çox gözəl səslənir” və s. kimi ifadələr daxildir.

Bununla belə, “Apple Watch” ilə alınan və göndərilən bütün məlumatlar “Viber” əlavəsi yüklənən digər istifadəçilərin avadanlıqları ilə sinxronlaşdırıla bilər.

Söz düşmüşkən, iOS əməliyyat sistemləri üçün “Viber 5.6.1” messencerini artıq “App Store” onlayn-mağazasında pulsuz yükləmək mümkündür.
Diaspora