ABŞ-ın “OpenROV” şirkəti “Kickstarter” saytında sualtı dronun yaradılması üçün vəsaitin toplanması üçün kraudfandinq kampaniyasına başlayıb.
İKT.lent.az-ın “gazeta.ru” saytına istinadən xəbərinə görə, “Traydent” adlandırılan robot distant idarəetməyə malikdir, kamera ilə təchiz edilib və dünyada ən sürətli sualtı robot olacaq.“Traydent” sualtı obyektlər arasında manevr edə və düz xətt üzrə hərəkət edə biləcək. Robotu oyun pultu ilə idarə edilməsi düşünülüb. Həmçinin robot yüksək sürətə malik olacaq. Onun suyun altında müəyyən bir nöqtədə quraşdırılması imkanı tədqiqatçılar üçün batmış gəmiləri araşdırmaq sahəsində böyük imkanlar yaradır.
Dron insanın enə biləcəyi texniki həddən 100 metr aşağı suyun altına enə bilir. Layihənin qurucuları hazırda sualtı pilotsuz aparatın daha aşağı dərinliyə enə bilməsi və okeanın dibinə qədər düşə bilməsi üzərində işləyirlər.
Kampaniya artıq 800 min dollar vəsait toplayıb. Baxmayaraq ki, cəmi 50 min dolların toplanması nəzərdə tutulurdu.