“Microsoft”un qurucusu Bill Qeyts amerikalı jurnalist Kara Svişer ilə son podkastda süni intellektin inkişafı ilə bağlı əsas narahatlığını dilə gətirib. Geyts diqqətin yönəlməli olduğu üç əsas məsələni vurğulayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Habr” nəşri məlumat yayıb.
Birincisi, milyarder təcavüzkarların kibercinayətkarlıq, bioterrorizm və müharibə üçün süni intellektdən istifadə edə biləcəyindən narahatdır. Geyts hesab edir ki, bu cür manipulyasiyaları qabaqcadan görə bilən və müqavimət göstərə bilən süni intellekt yaratmaq lazımdır.
İkincisi, Qeyts əmək bazarındakı dəyişikliklərin sürətindən narahatlığını ifadə edib ki, bu da kütləvi ixtisarlara və insanların süni intellektlə əvəzlənməsinə səbəb ola bilər.
Üçüncüsü, Qeyts bəşəriyyət tərəfindən süni intellektə nəzarətin itirilməsini istisna etmir. O, üçüncü problemlə müqayisədə ilk iki problemin daha az əhəmiyyət kəsb etdiyinivə həllinin daha asan olduğunu vurğulayıb.
QAZİLER.AZ