Qız sevgilisinin rəfiqəsi ilə münasibətdə olduğunu bilib və ondan qeyri-adi qisas alıb.
Qaziler.az bu haqda xarici mətbuata istinadən bildirir. Hadisənin hansı ölkədə baş verdiyi bildirilmir. qeyd olunur ki, qız hekayəsini "Reddit" forumunda paylaşıb.
Qızın dediyinə görə, o, nişanlısı ilə dörd il görüşüb və onlar son bir neçə ayda nişanlı olublar. “Telefonuna baxdım və bildim ki, onların hətta ayrı çatı olub, xəyanəti hiss etmədiyim görə ələ salındım. Mən qəzəbləndim və sadəcə onların həyatından yox olmaq qərarına gəldim” deyə xatırlayır.
Ertəsi gün oğlan işə gedəndə bütün əşyalarını yığdı, ortaq hesablarından külli miqdarda pul çıxarıb (bu pul toya, bal ayı və kirayə haqqına getməli idi) və nişanlısını, rəfiqəsini və bir neçə ortaq dostlarını bloka atıb. O həm də telefon nömrəsini dəyişib, doğma şəhərinə qayıdıb və üç aylıq böyük səfərə çıxıb.
Bu yaxınlarda qız bilib ki, onun keçmiş nişanlısı və ortaq dostları tez-tez qohumlarına yazıblar. Qızın halını soruşur və uşaqlıq etdiyinə görə qınayırlar. “Mən onlarla ünsiyyət qurmaq fikrində deyiləm, mənim üçün bu, həyatımın qapalı mərhələsidir. Mən onlara sözün əsl mənasında heç nə etmədim, sadəcə getdim. Məni bir daha görməyəcəklər və məndən xəbər tutmayacaqlar, mən də sevdiklərimdən xahiş etdim ki, onları blok etsinlər və ya onlara məhəl qoymasınlar”.
Forumun şərhçiləri qızı dəstəkləyiblər.
QAZİLER.AZ