"Nokia" telefonları artıq bazardan yoxa çıxır

"Nokia" telefonları artıq bazardan yoxa çıxır backend

“Nokia” brendinin hüquqlarına sahib olan Çinin “HMD Global” şirkəti bu brend altında smartfonların satışını dayandırıb.

“Nokiamob” bloqunun müəllifləri bildiriblər.

Jurnalistlərin sözlərinə görə, qurğular Avropanın HMD saytından yoxa çıxıb və onlayn mağazalarda yalnız yeni HMD brendi altında olan qurğular qalıb. Ekspertlər qeyd ediblər ki, anbarlardakı “Nokia” qadcetlərinin ehtiyatları tükənib.

Bununla belə, “Nokia” telefonları hələ də regional HMD mağazalarında, o cümlədən Asiya, Afrika, Yaxın Şərq, həmçinin Avstraliya, Yeni Zelandiya və Latın Amerikası bazarlarında mövcuddur. Bununla belə, “Nokiamob” müəllifləri bu cihazların ehtiyatlarının da yaxın həftələrdə quruyacağını düşünürlər.

Materialda qeyd edilir ki, smartfonların yoxa çıxması HMD-nin onların istehsalını dayandırması və daha yeni “Nokia” qadcetləri üzərində işləməməsi, diqqəti HMD brendi altında öz cihazlarının yaradılması və təşviqinə yönəltməsi ilə bağlıdır.

QAZİLER.AZ

Diaspora