Tarım mumiyalarının cəsədlərində kefir pendirinin izləri tapılıb

Tarım mumiyalarının cəsədlərində kefir pendirinin izləri tapılıb backend

Elm adamları Çindən gələn Tarım mumiyalarının yanında tapılan ən qədim 3600 illik kefir pendirindən ilk dəfə DNT çıxarıb və analiz ediblər.

Araşdırma “Cell” jurnalında dərc olunub.

Təxminən iyirmi il əvvəl alimlər bir neçə Tarım mumiyasının baş və boynunda sirli ağ maddələr aşkar ediblər. Bunun bir növ fermentləşdirilmiş süd məhsulu olduğunu güman edirmişlər. Yeni üsulla onlar DNT çıxarmağı əldə ediblər və nümunələrdə inək və keçi DNT-si aşkarlanıb.

Nümunələrdə həmçinin bakteriya və göbələklər, o cümlədən laktik turşu bakteriyaları və mayayabənzər göbələklər tapılıb.

“Bu, bizə bakteriyaların son 3000 il ərzində necə təkamül etdiyini müşahidə etməyə imkan verən bir araşdırmadır. Süd məhsullarını öyrənməklə biz qədim insan həyatı və onların dünya ilə qarşılıqlı əlaqəsi haqqında daha aydın təsəvvür əldə etdik. Bu, hələ başlanğıcdır və biz bu texnologiyanın köməyi ilə əvvəllər naməlum olan digər artefaktları tədqiq etməyə ümid edirik”, - deyə əsərin müəllifləri bildiriblər.

QAZİLER.AZ

Diaspora