Britaniyalı turist Hindistanda küçə yeməklərini daddıqdan sonra xəstəxanaya yerləşdirilib.
Qaziler.az “The Indian Express”ə istinadla yazır ki, turist bu barədə sosial şəbəkələrdə abunəçilərinə məlumat verib.
Britaniyalı səyyah və bloqer Sem Pepper Hindistanda yaşadığı bir təcrübəni bölüşüb, hansı ki, onun xəstəxanaya düşməsi ilə sonlanıb. Turist “bhang” kimi tanınan yerli yeməyi daddıqdan sonra şiddətlə qusmağa başladığını söyləyib. Düşdüyü bu vəziyyət onu tibbi yardım axtarmağa məcbur edib.
Sem xəstəxanadan çıxandan sonra əlavə müalicə olunmaq üçün Banqkoka getdiyini söyləyib.
QAZİLER.AZ