Tarixdə ilk dəfə olaraq kişilərin geyindiyi hündürdaban ayaqqabılar zamanla qadınların vazkeçilməz dəbinə çevrilib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, ancaq günümüzdə xüsusilə fransız qadınları bu ayaqqabılardan uzaq dururlar.
Orta əsrlərdə kişilər, xüsusən də atlıların ayağa qalxmasına kömək etmək üçün hündürdaban ayaqqabı geyiniblər. Daban nə qədər hündür olsa, geyən şəxs bir o qədər vacib idi. Təxminən eyni vaxtda qadınlar da hündürdaban ayaqqabılar geyinməyə başladılar, lakin bu, dəb məqsədləri üçün deyildi.
Dikdabanlar Merilin Monro kimi Hollivud ulduzları geyinməyə başlayanda daha da populyarlaşdı. Dünyada uzun müddətdir üstünlük verilən bu ayaqqabılar populyarlığını itirməyə başlayıb. Azalmanın ilkin səbəbi kimi koronavirus göstərilir. Evdən işləməyin rahatlığına vərdiş edən qadınlar artıq çöldə də rahat ayaqqabılara üstünlük verməyə başlayıblar. Bundan əlavə, bəzi qadınlar ayaqlarının formasını pozan bu narahat ayaqqabılara etiraz edirlər.