Dünyanın ən yoxsul dövlət başçısı olmuş Xose Muxiko İstanbula səfər edib. Axar.az xəbər verir ki, Uruqvayın keçmiş prezidentini hava limanında CHP başqanının köməkçisi Vəli Ağababa qarşılayıb. Muxiko CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşəcək. Sabiq prezident iqtidarda olduğu dövrdə kasıb həyat tərzi sürməsi və hər ay aldığı 12 min dollar maaşın 90 faizini xalqına bağışlaması ilə yadda qalıb.
Eks-prezident və xanımı tarlada çalışır, güllər yetişdirir. Onu iki polis və köpəyi mühafizə edir. 2015-ci ildə keçirilən seçkilərdə Muxiko namizədliyini irəli sürmədiyini bəyan edib.