Böyük Britaniyanın Şotlandiya üzrə dövlət katibi Yan Murrey krallığın pişiyi Larrini “balaca əclaf” adlandırıb.
Bu barədə “Teleqraf” qəzeti yazır.
"Şotlandiyalı nazirinin sözlərinə görə, pişik Larri "balaca əclafdır".
Nəşrin yazdığına görə, bu təhqirə səbəb pişiyin davranışı olub. O, yeni nazirlər kabinetinə onunla şəkil çəkdirməyə icazə verməyib.
Larri Böyük Britaniyanın Baş nazirinin Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahında baş mauserin hökumət vəzifəsini tutan pişikdir.
QAZİLER.AZ