İspaniyalı uzunömürlü Silveria Martin Dias çərşənbə günü 114 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 12-də "Extremenos Centenarios" təşkilatının nümayəndələri məlumat verib.
Silveria Martin Dias 20 iyun 1910-cu ildə anadan olub. Onun ölümündən sonra Piedad Loriente Peres ölkənin ən uzun ömürlü şəxsi olub. 11 sentyabrda onun 113 yaşı tamam olub.
Martin Diasdan əvvəl ən uzunömürlü şəxs 117 yaşında dünyasını dəyişən Maria Brañas Morera olub. Aydınlaşdırılır ki, o, sağlığında dünyanın ən yaşlı qadını olub.
QAZİLER.AZ