Gavalı böyüklüyü ilə Ginnesin rekordlar kitabına düşdü

Gavalı böyüklüyü ilə Ginnesin rekordlar kitabına düşdü backend

Cənubi Afrikadan olan fermer dünyanın ən böyük gavalısını yetişdirərək, Ginnesin rekordlar kitabına düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə “UPI” məlumat dərc edib.

Din Barnard fermanı qardaşı Deonla birlikdə idarə etdiyini söyləyib. Onlar heyvan saxlayır, meyvə yetişdirirlər. Cənubi afrikalı bu mövsümün məhsulunu yığarkən ağacdan asılmış nəhəng gavalı görüb. Tez tərəzidə çəkib və meyvənin çəkisi 500 qram gəlib.

Qardaşlar maraqdan dolayı Ginnesin rekordlar kitabına müraciət ediblər və haqlı çıxıblar. Komissiya gavalını ölçüb və onun dünyada ən böyük gavalı olduğunu bildirib.

“Biz onu rekord üçün böyütməmişik, belə bir fikrimiz də yox idi. Adi bir ağacda böyüyüb və biz heç bir xüsusi gübrədən istifadə etməmişik”, - Din deyib.

QAZİLER.AZ

Diaspora