Odessa ətrafında Qara dənizin rəngi dəyişib - FOTO

Odessa ətrafında Qara dənizin rəngi dəyişib - FOTO backend

Odessa sahillərindəki Qara dənizin rəngi bu yaxınlarda yağan leysan qırmızı rəng olub.

Qaziler.az UNİAN-a isitnadla xəbər verir ki, ekoloqlar bunun fitoplankton yosunların inkişafı ilə əlaqələndirirlər. Qeyd edilib ki, suyun bu vəziyyətində üməkdən imtina etmək məsləhətlidir.

"Bu, Odessa ətrafındakı Qara dənizin qırmızı rəngə boyanmasıdır. Bu, fenomen birhüceyrəli fotosintetik yosun dinoflagellatlarının - əsasən “Lingylodinium polyedra”nın sürətli böyüməsi ilə əlaqədardır", - fotoları çəkən “Yaşıl yarpaq” cəmiyyətinin başçısı Vladislas Balinski yazıb.

Onun sözlərinə görə, bu səbəbdən indi dəniz suyunda toksinlər var, üzərkən allergiyaya yaxalanmaq, dəniz məhsulları istehlak edərkən zəhərlənmək mümkündür. Ekoloq qeyd edib ki, dənizin canlılar aləmində kütləvi ölüm əhlükəsi var.

QAZİLER.AZ

Diaspora