Macarıstanın baş naziri Viktor Orban “Rus üsulu” ilə çəki atmağa başlayandan sonra nəzərəçarpacaq dərəcədə arıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Blikk” portalı yazıb.
Materialda qeyd olunur ki, respublika hökumətinin başçısı bir neçə ay əvvəl məşqlərə başlayıb. Jurnalistlərin əldə etdiyi məlumata görə, siyasətçi həftədə dörd-beş dəfə məşq edir.
“Baş nazir 16 və 24 kiloqramlıq girlərlə məşq edir. O, xaricə səfərlərində də özü ilə ağrılıq daşlarını götürür”, - nəşr qeyd edib.
Jurnalistlər mövzu ilə bağlı Orbanın özü ilə də əlaqə saxlayıb və ondan çəki atması ilə bağlı şərh verməsini xahiş edə biliblər. Nazirlər Kabinetinin rəhbəri idmanı pəhrizlə birləşdirdiyini deyib.
Siyasətçi bildirib ki, tərəziyə çıxmadığı üçün son zamanlar neçə kiloqram arıqladığını dəqiq bilmir. Məqalə müəllimlərinin yazdığına görə, Orbanın çəki atmaq üçün seçdiyi məşq “rus üsulu”dur. Çünki Sovet dövründə ölkənin hərbi qulluqçuları bu üsulla fiziki formalarını qoruyurmuşlar.
QAZİLER.AZ