"Apple” bahalı çexolların satışını dayandırdı

"Apple” bahalı çexolların satışını dayandırdı backend

“Apple” yeni “iPhone 16” və “iPhone 16 Pro”nun təqdimatından sonra “FineWoven” materialından olan çexol və aksesuarlarının istehsalını və satışını dayandırıb.

Bu barədə “9to5Mac” portalı məlumat yayıb.

“iPhone 16” təqdimatının bir hissəsi olaraq, “Apple” “FineWoven”nin məhsullarından niyə imtina etdiyini şərh etməyib. Lakin bu materialdan hazırlanan aksesuarlar haqqında müvafiq məlumatlar şirkətin rəsmi saytından silinib. Eyni zamanda, Avropada rəsmi pərakəndə satıcılar artıq “FineWoven” çexollarının qalan hissəsini endirimlərlə satmağa başlayıblar və bir çox mağazalarda artıq bu cür aksesuarları ümumiyyətlə almaq mümkün deyil.

Hazırda “FineWoven” məhsullarının heç bir əvəzedicisi yoxdur, yəni “Apple” markalı dəri çexollar mövcud deyil.

İstifadəçilər “FineWoven” aksesuarlarını əsasən uzunmüddətli olmaması ilə şikayətləniblər. Çexolların adi dəri üzlüklərlə müqayisədə daha asan cızıldığı müəyyəm edilib. Lakin qiymətləri yüksəkdir: smartfon üçün korpus 59 dollar, “Apple Watch” qayışı isə 99 dollardır.

Satışları sentyabrın 20-nə planlaşdırılan “iPhone 16” və “iPhone 16 Pro”nun buraxılışından sonra yeni aksessuarların peyda olacağı  gözlənilir.

QAZİLER.AZ

Diaspora