Müğənni Selena Qomez dollar milyarderi olub.
“Bloomberg” xəbər verir ki, onun sərvəti 1,3 milyard dollar qiymətləndirilir.
32 yaşlı müğənni özünün kosmetika brendi olan “Rare Beauty Brands Inc.” vasitəsilə xalis sərvət toplayıb. “Bloomberg” qeyd edir ki, Qomez milyarder statusunu öz biznesi və yüz milyonlarla sosial media izləyicisinin birləşməsi sayəsində əldə edib.
Bu ilin aprelində milyarderlər siyahısına Qomezin dostu, müğənni Teylor Svift də daxil olub. 34 yaşlı ulduzun sərvəti, o cümlədən “Eras Tour”dan əldə etdiyi gəlir, mahnılarının dəyəri və daşınmaz əmlakı 1,1 milyard dollar olub.
Qeyd edilib ki, Svift bu pulu yalnız mahnı və ifalarla qazanan ilk sənətçidir.
QAZİLER.AZ