"Acer" qeyri-adi noutbuk nümayiş etdirib

"Acer" qeyri-adi noutbuk nümayiş etdirib backend

Berlində keçirilən “IFA 2024” sərgisində “Acer” daxili gamepad və geri çəkilə bilən dinamikləri ilə seçilən “Predator Project DualPlay” konsepsiyalı oyun noutbukunu təqdim edib.

Bu barədə “TechPowerUp” portalı məlumat yayıb.

Klaviaturanın altındakı korpusda quraşdırılmış gamepad, həm də toxunma paneli kimi fəaliyyət göstərir. Lazım gəldikdə, gamepad-i oyun üçün qutudan çıxarmaq olur. Bundan əlavə, nəzarətçi “Nintendo Switch”in “Joy-Con” kimi iki ayrı nəzarətçiyə bölünərək iki istifadəçiyə eyni vaxtda “Street Fighter 6” kimi döyüş oyunları oynamağa imkan verir.

Hazırda Acer noutbukun texniki xarakteristikalarını açıqlamır və noutbukun kütləvi istehsala və satışa çıxarılmasının planlaşdırılıb-planlaşdırılmadığını açıqlamır.

QAZİLER.AZ

Diaspora