Telefonlarda reklamların göstərilməsi üçün smartfonlar dinlənilir

Telefonlarda reklamların göstərilməsi üçün smartfonlar dinlənilir backend

ABŞ-da reklamların göstərilməsi üçün istifadəçilərin telefonlarını və digər cihazlarını dinləyə bilən proqramın mövcud olduğunu sübut ediblər.

Qaziler.az xəbər verir ki, araşdırmanı “404 Media” nəşri yayıb.

Proqram Amerikanın “Cox Media Group” (CMG) şirkətinin mütəxəssisləri tərəfindən yaradılıb. Bu alətin reklam kampaniyaları qurmaq üçün istifadə edilməsi planlaşdırılıb. CMG-nin müştəriləri arasında “Amazon”, “Google”, “Meta” və digər şirkətlər var. Proqram ilk dəfə 2023-cü ilin sonunda elan edilib və yayda “404 Media” əməkdaşına daxili təqdimata giriş imkanı verilib.

Bildirilir ki, proqram “Aktiv dinləmə” adlanır. Onun təqdimatında deyilir ki, sistem real vaxt rejimində məlumatları ələ keçirmək üçün telefon və digər qadcetlərdən istifadə edə bilər. Xidmət daha dəqiq reklam kampaniyaları qurmaq üçün toplanmış məlumatları davranış məlumatları ilə birləşdirir.

Həmçinin, süni intellektə əsaslanan sistem istifadəçinin internetdə qoyduğu rəqəmsal izi təhlil edə bilər.

QAZİLER.AZ

Diaspora