"Volkswagen" Almaniyadakı zavodlarını bağlayır

"Volkswagen" Almaniyadakı zavodlarını bağlayır backend

Avropanın aparıcı avtomobil istehsalçısı ciddi problemlərlə üzləşdiyi üçün “Volkswagen” avtomobil istehsalçısının rəhbərliyi ilk dəfə Almaniyadakı zavodları bağlamaq ideyasını ciddi şəkildə nəzərdən keçirir.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” yazır.

Agentliyin məlumatına görə, konserni Asiya ölkələri ilə rəqabət, eləcə də fabriklərin rentabelsizliyi səbəbindən çətinliklər yaşayır.

Bildirilir ki, iri müəssisələrdən biri və komponentlərin istehsalı üzrə ixtisaslaşmış digər zavod VW tərəfindən köhnəlmiş hesab olunur. Volkswagen brendinin direktoru Tomas Şefer vurğulayıb ki, rəhbərlik sadəcə xərcləri azaltmaqla problemi həll edə bilməyəcəyi qənaətinə gəlib.

“Vəziyyət son dərəcə gərgindir və sadə xərcləri azaltma tədbirləri ilə aradan qaldırıla bilməz”, - o deyib.

QAZİLER.AZ

Diaspora