Qazlı su spirtli içki qədər təhlükəlidir - xərçəng yaradır

Qazlı su spirtli içki qədər təhlükəlidir - xərçəng yaradır backend

Qazlı su həvəskarlarına heç də xoş olmayan xəbərimiz var. Amerikikalı mütəxəsislər apardıqları araşdırma nəticəsində qazlı içkilərin qaraciyərə ən az spirt qədər ziyan verdiyini aşkarlayıblar. Lakin təhlükə bunula da yekunlaşmır. Mütəxəsislər qazlı içkilərin xərçəngə səbəb olduğunu da iddia edirlər

Qazlı içkilər və spirt... “Bu ikisi arasında nə əlaqə var” deməyə tələsməyin. Amerikalı mütəxəsisslərin apardıqları araşdırma nəticəsində məlum olub ki, sən demə qazlı içikilər qaraciyərə ən az spirt qədər zərər verir. Mütəxəsisslər deyir ki, qazlı içkilərin tərkibindəki fruktoza qaraciyərin yağlanmasına səbəb olur ki, bu isə sonda qaraciyər serrozu ilə nəticələnir.

Lakin qazlı içkilərin yaratdığı fəsadlar bunula da yekunlaşmır. Bu suların tərkibindəki metil-imidazol adlı kanserogen maddə insanı birbaşa xərçəng riski ilə üz-üzə qoyur. Rəngli qazlı sularda isə bu təhlükə ikiqat artıq olur.

Qeyd edək ki, Birləşmiş Ştatlarda aparılan sorğu zamanı bəlli olub ki, 6 yaşından yuxarı 70 faiz insan gün ərzində litr yarımdan çox qazlı su qəbul edir.



Diaspora