Avstraliyalı milyarder işçilərinə qəhvə fasiləsini qadağan etmək istəyir.
Qaziler.az xəbər verir ki, bu haqda məlumatı “Business İnsider” yazıb.
Nəşrin yazdığına görə, Avstraliyanın “Mineral Resources” mədən şirkətinin idarəedici direktoru Kris Ellison işçilərinin nahar və ya qəhvə içmək üçün binadan çıxmasına narazıdır, əksinə onları gün boyu ofisdə əsir saxlamaq istəyir.
“Mən onları bütün günü əsir saxlamaq istəyirəm. Onların binanı tərk etmələrini istəmirəm. Biz bunun baha başa gəldiyini bir neçə il əvvəl başa düşdük”, - “Forbes”in məlumatılarına görə 1,2 milyard dollar sərvəti olan Ellison deyib.
O hətta işçilərinə evdən işləməyi də qadağan edib.
“Mənim siyasətimdə evdən işləmək yoxdur. İstərdim ki, hamı qoşulsun, nə qədər tez bir o qədər yaxşıdır. Sənaye bunu ödəyə bilməz. Biz insanlara həftədə üç gün işləyib beş günün maaşını almağa icazə verə bilmərik”, - milyarder əlavə edib.
QAZİLER.AZ