Belarus "YouTube"a bənzər öz alternativini təqdim edəcək

Belarus "YouTube"a bənzər öz alternativini təqdim edəcək backend

Belarus hökuməti Amerikanın “YouTube” video hostinqinə bənzəyən öz alternativini yaradır.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə respublika prezidentinin administrasiyası rəhbərinin müavini Vladimir Pertsov dövlət başçısı Aleksandr Lukaşenkoya məruzə etdikdən sonra bildirib. Pertsov qeyd edib ki, “Videobel” adlı xidmət sentyabrın 12-də istifadəyə veriləcək.

“ “Videobel.by” video hostinqi... Bu, proqramlara və müxtəlif bölmələrə ev sahibliyi edəcək ilk OTT (Over the Top) platformamızdır ”, - Lukaşenkonun administrasiya rəhbərinin müavini bildirib.

Pertsov etiraf edib ki, “Videobel” “YouTube”un kifayət qədər zəif analoqudur. Bununla belə, bu, tam hüquqlu Belarusiya video hostinqinin yaradılması istiqamətində ilk addımdır.

QAZİLER.AZ

Diaspora