Hollivud aktrisası Ancelina Coli Venesiyada yeni saç rəngi ilə ictimaiyyət qarşısına çıxıb.
Bu barədə “Vogue” xəbər verir.
Görüntülərdə aktrisanın imicini dəyişdiyi görünür. Saçları bir neçə ton açılıb. Aktrisa bir qədər qısa, enli qara şalvar və dabanlı çəkmələri ilə bej rəngli trençkot geyinib. Geyimi günəş eynəyi ilə tamamlanıb. Aktrisanın Venesiya Film Festivalı üçün İtaliyaya uçduğy qeyd olunub.
QAZİLER.AZ