Xərçəng diaqnozu qoyulan Uels şahzadəsi Keyt Middlton əri Şahzadə Uilyamla ictimaiyyət qarşısına çıxıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Cütlük avqustun 25-də Şotlandiyanın kiçik Krati Kirk kilsəsində ibadət mərasiminə qatılarkən görüntüləniblər.
Görüntülərdə cütlüyün yolsuzluq avtomobili ilə gəldiyi, Uels şahzadəsinin maşın sürdüyü, Middltonun isə ön sərnişin oturacağında oturduğu görünür. Onların böyük oğlu Lui arxa oturacaqda oturub. Nəşr qeyd edir ki, ailə əla əhval-ruhiyyədə olub.
QAZİLER.AZ