Amerikalı müğənni Cennifer Lopez əri, aktyor Ben Afflekin soyadından imtina etmək üçün sənədlərini verib.
Qaziler.az bildirir ki, “Super.ru”nun xarici mətbuata istinadla verdiyi xəbərə görə, müğənni keçmiş adına Cennifer Lin Lopesə qayıtmaq istəyir.
Nəşrin məlumatına görə, 2022-ci ilin iyul ayından Lopez Afflek soyadını daşıyıb. Bundan əlavə, müğənninin heç bir tərəfin aliment ödəməsini istəmədiyi məlum olub. Həmçinin cütlük malikanəni ipoteka ilə aldıqları üçün ümumi aktivləri və borclarını bölmək niyyətindədir.
QAZİLER.AZ