Nadir təbiət hadisəsi nəticəsində Çin üzərində səmada 7 “günəş” peyda olub.
Qaziler.az xəbər verir ki, bu haqda “World of Buzz” məlumat yayıb.
Yerli sakinlərin dediyinə görə, onlar belə mənzərəni ilk dəfə müşahidə ediblər.
KİV-in məlumatına görə, Çenqdu şəhəri üzərində səmada nadir təbiət hadisəsi əmələ gəlib - yeddi “günəş” bir anda metropolu işıqlandırıb. Onların hamısının müxtəlif parlaqlıqları və temperaturlarına uyğun rəngləri olub ki, bu da ümumi mənzərəni daha da qeyri-adi edib.
Hadisə şahidləri belə bir tamaşanın təxminən bir dəqiqə davam etdiyini, bundan sonra yalnız bir Günəşin - həqiqi günəşin qaldığını söyləyib.
Mütəxəssislərin izah etdiyinə görə, bu optik illüziya laminat (çoxqatlı) şüşədən işığın sınması və əks olunması səbəbindən yaranıb.
QAZİLER.AZ