Kanadanın “Lucara Diamond” şirkəti Botsvanadakı Karove mədənindən 2492 karat ağırlığında dünyada indiyə qədər tapılmış ən böyük almazlardan birini tapıb.
Qaziler.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Almaz böyük qiymətli daşların aşkarlanmasına və bərpasına imkan verən xüsusi “X-ray texnologiyası Mega Diamond Recovery X-ray Transmission”dan istifadə edilməklə tapılıb.
Bəşər tarixində ən böyük almaz olan “Cullinan” 1905-ci ildə Cənubi Afrikada tapılıb. Onun çəkisi 3106 karat (və ya 621 qram) idi.
QAZİLER.AZ