“Apple” “Amazon”u geridə qoyaraq, dünyanın ən qiymətli texnologiya brendi kimi liderliyini bərpa edib.
Bu barədə “İnterfaks” “Brand Finance” araşdırmasına istinadən yazır.
“Apple”ın brend dəyəri il ərzində 74% artaraq 516,6 milyard dollara, “Amazon”unki isə cəmi 3,2% artaraq 308,9 milyard dollara çatıb.
Reytinqin ikinci pilləsinə qalxan və 78% artaraq 340,4 milyard dollara çatan “Google” (Alphabet) üçüncü yerdə qərarlaşıb. Onun brendi isə 18,5% artaraq 333,4 milyard dollara çatıb.
İT seqmentində brend dəyərində ən kəskin artım “Nvidia” tərəfindən qeydə alınıb - süni intellekt texnologiyalarında şirkətin mikroçiplərinə yüksək tələbat fonunda onun qiyməti 2,6 dəfə artaraq 44,5 milyard dollara çatıb.
Bundan əlavə, “TikTok” 84,2 milyard dollar dəyəri ilə ilk 5-liyə daxil ola bilib.
QAZİLER.AZ