Rusiya prezidenti Vladimir Putin Roşal Uşaq Kliniki Mərkəzinə baş çəkib, burada balaca xəstələrlə söhbət edib.
Qaziler.az xəbər verir ki, sosial şəbəkələrdə Rusiya dövlət başçısının balaca qız Zoyaya yaxınlaşaraq onu qıdıqladığını əks etdirən video yayımlanıb.
Sarışın körpə anasının qucağında olub, Rusiya lideri ona yaxınlaşaraq qarnını yumşaq qıdıqlayıb. Buna cavab olaraq balaca qız əlini prezidentə uzadıb. Bundan sonra Putin təbəssümlə orada olanlara əl yelləyərək mərkəzin ərazisinə baş çəkib.
QAZİLER.AZ