Sankt-Peterburq sakini quş yemləmək istəyinə görə məhkəmə davasına düşüb.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
Sankt-Peterburqlu qadın binanın fasadındakı eyvanın pəncərəsinin arasına zəngləri olan yem qabları asmaq qərarına gəlib. Bu isə aşağı mərtəbədə yaşayan qonşunun xoşuna gəlməyib, çünki quşlar “antisanitar şərait” yaradıb. Nəticədə alt mərtəbədə yaşayan qadın məhkəməyə müraciət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərizəçinin tərəfini tutub və quraşdırılan struktorların sökülməsini tələb ediblər.
Məhkəmə həmçinin rus qadını vəkillik xidmətinə görə qonşusunun xeyrinə təxminən 50 min rubl ödəməyə məcbur edib.
QAZİLER.AZ