Avqustun 19-da saat 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunur.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a verilən xəbərə görə, bu gün Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361.969 kilometr olacaq.
Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür.