Hindistanda borcun içində olan 40 yaşlı işçi Raju Qond 19,22 karat ağırlığında böyük almaz tapıb.
Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Mənbənin sözlərinə görə, tapıntının dəyəri təxminən 100 min dollar qiymətləndirilir. Kişi hökumətə məxsus icarəyə götürülmüş mədəndə işləyərkən qiymətli mineralı kəşf edib.
“O, heyrətamiz dərəcədə parlayırdı; "Mən dərhal bunun bir almaz olduğunu başa düşdüm", - Qond deyib.
Hind kişi və onun kiçik qardaşı tapdıqları almazı səlahiyyətli orqanlara təhvil veriblər. Bildirilib ki, ineral hərracda satıldıqdan sonra dəyərinin böyük hissəsi onlara qaytarılacaq. Qond əldə edəcəyi bu gəlirlə borcdan qurtulmağı və ailəsinin gələcəyini təmin etməyi planlaşdırır. Onun planlarında torpaq sahəsi almaq da var.
Məlumatda qeyd edilib ki, Raju Qond ailəsini saxlamaq üçün günə 4 dollar qazanırmış. Bunun üçün o, Madhya Pradeş ştatının tarlalarında və ya almaz mədənlərində zəhmət çəkərək işləyirmiş. Bəzən varlı bir fermerin traktorunu sürürmüş.
QAZİLER.AZ